Dünya

Avstriyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölənlər var

Sharing is caring!


Zaqrebdən Zaltsburqa uçan yüngülmühərrikli təyyarənin qəzaya uğradığı yerdə 4 nəfərin cəsədi tapılıb.

Bu barədə Avstriyanın Zaltsburq federal əyalətinin polisinin mətbuat xidmətinin bəyanatında deyilir.

“Noyabrın 2-də təxminən saat 15:45-də (Bakı vaxtı ilə 18:45) “Cirrus SR-20” tipli idman təyyarəsi Lintşinq bölgəsində qəzaya uğrayıb. İdman təyyarəsi Zaqrebdə uçuşa başlayıb, təyinat hava limanının isə Zaltsburq olduğu bildirilib”, – deyə polis əməkdaşı qeyd edib.

Hüquq-mühafizə orqanları qəzanın səbəblərini araşdırmağa başlayıb. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.

Mənbə: Pledge Times

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir