Dünya

Türkiyəli futbolçu “Real”ın xorvatiyalı ulduzunu heyrətləndirdi: “Hamımızı təqaüdə çıxarmağa gəlib” – FOTO

Sharing is caring!


İspaniyanın “Real Madrid” klubuna transfer olan, lakin zədəsi səbəbindən hələ oyunlara qatıla bilməyən türkiyəli futbolçu Arda Güler hər kəsi heyran qoymağa davam edir.

Hazırda komanda yoldaşları ilə məşq edən Arda Güler ​​potensialını göstərən hərəkətləri ilə diqqət çəkir.

Madriddə iştirak etdiyi hər məşqdən sonra sosial şəbəkələrdə futbolçu ilə bağlı çox sayda video yayılır.

Həmçinin “Real Madrid”in xorvatiyalı ulduzu Luka Modriç də onun məşq zamanı nümayiş etdirdiyi hərəkətlərə heyran qalıb.

Arda Güler ​​son məşq zamanı gözəl qol vurmazdan əvvəl Kamavinqanı “pərişan edib”. Belə ki, fransalı ulduz Ardadan topu ala bilməyib, Luka Modriç isə gələrək Kamavinqanı yerdən qaldırıb. Lukanın həmin an Kamavinqaya dediyi sözlər İspaniya mətbuatında böyük səs-küyə səbəb olub.

“Bu adam hamımızı təqaüdə çıxarmağa gəlib”, – deyə Modriç Arda Güleri tərifləyib.

Ardanın gələcəyinin çox parlaq olacağı qənaətinə gələn “Real Madrid” rəhbərliyi futbolçudan çox razıdır. Azarkeşlər isə səbirsizliklə onu oyunda görməyi gözləyirlər.

Qeyd edək ki, daha əvvəl “Real Madrid”in baş məşqçisi Karlo Ançelotti də Ardanın hərəkətlərinə heyran qalmış və bu hərəkətləri haradan öyrəndiyi ilə maraqlanmışdı.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir