Dünya

Filipp Kirkorovun atası xəstəxanadan qaçıb

Sharing is caring!


İfaçı Filipp Kirkorovun atası Bedros Kirkorov prevmoniya xəstəliyindən tam sağalmadan xəstəxanadan qaçıb.

Məlumata görə, Bedros Kirkorov oktyabrın birinci yarısında nəfəs darlığı, şişkinlik, bel ağrısı və ümumi zəiflik şikayətləri ilə həkimə müraciət edib. Bildirilir ki, ona pnevmoniya və ikitərəfli hidrotoraks diaqnozu qoyulub.

17 gün xəstəxanada qaldıqdan sonra müğənni xəstəxananı tərk etmək qərarına gəlib. O, bunu şəxsi həkimin rəhbərliyi altında müalicə olunmaq istəyi ilə izah edib. Həkimlər sənətçiyə antibakterial müalicəni davam etdirməyi tövsiyə ediblər.

Oktyabrın sonunda Bedros Kirkorovun təcili tibbi yardıma ehtiyacı olduğu bildirilib. Qeyd olunub ki, Rusiyanın 91 yaşlı xalq artisti səhər tezdən evdə özünü pis hiss edib. Astma tutması səbəbindən o, boğulmağa başlayıb və təcili yardım çağırıb.

Mənbə: “SHOT”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir