Dünya

“Collins Dictionary” ilin sözünü seçdi

Sharing is caring!


Böyük Britaniyanın “Collins” ingilis dili lüğəti “süni intellekt”in (insan beyninin funksiyalarının kompüter tərəfindən modelləşdirilməsi) qısaldımış adı olan AI sözünü 2023-cü ilin sözü elan edib.

Lüğəti tərtib edənlər açıqlayıblar ki, son vaxtlar süni intellekt sürətlə inkişaf edir və getdikcə cəmiyyətin həyatının daha geniş sahələrinə daxil olur, o cümlədən 2022-ci ilin sonundan canlı insan ünsiyyətini təqlid edən neyron şəbəkələr populyarlıq qazanır. Süni intellekt gələcəyin texnoloji inqilab sahəsi hesab olunur 2023-cü ildə bu barədə çox danışılıb.

İlin sözü ümumi həcmi 20 milyard sözdən çox olan “Collins Corpus” materiallarının təhlili nəticəsində seçilib. Bu materiallara il ərzində bütün dünyada mediada, kitablarda və saytlarda dərc olunan mətnlər, o cümlədən radio və televiziyada yayımlanan mətnlər aiddir. Həmçinin, sözlərin canlı nitqdə istifadə olunması da nəzərə alınıb.

“Collins”in tərtibatçıları qısa siyahıya “nepo baby” sözünü də daxil ediblər. “Nepo baby” məşhur şəxsin yolunu davam etdirən və eyni zamanda uğur qazanan övladına deyilir. Bundan əlavə, bu siyahıya inflyasiya böhranı zamanı şirkətlərin gəlir əldə etmə təcrübəsini bildirən “Greedflation” (“greed” (tamahkarlıq) və inflyasiya sözlərindən) sözü və Londonda ekoloji cəhətdən zərərli olan avtomobillərin sahiblərinə cərimələrin tətbiq olunduğu avtomobillər tərəfindən havaya çox az tullantılar buraxılan zonalarının təyin edilməsini bildirən “Ulez” sözləri daxildir. Həmçinin “Collins”də “inflüenser”lərin izləyicilərini müəyyən məhsullardan çəkinməyə inandırmaqlarını bildirən yeni “deinfluencing” sözünü də qeyd ediblər.

Mənbə: Interfax

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir