Dünya

FIDE reytinqi: Teymur Rəcəbovun mövqeyi dəyişməyib, Şəhriyar Məmmədyarov irəliləyib

Sharing is caring!


Beynəlxalq Şahmat Federasiyası (FIDE) noyabr ayı üçün reytinq cədvəlini açıqlayıb.

“Report” xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbovun mövqeyi dəyişməyib.

36 yaşlı qrossmeyster 2745 əmsalla 14-cü pillədə qərarlaşıb. Milli üzvlərindən Şəhriyar Məmmədyarov (2734) ötən ayla müqayisədə bir pillə irəliləyərək, 16-cı olub.

Bakıdakı Dünya Kubokunda dördüncü yeri tutan Nicat Abasov (2679) daha beş pillə irəliləyərək, 53-cü yerə yüksəlib. Rauf Məmmədov (2644) isə 99-cudur.

Siyahıya son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2829) başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2795) qərarlaşıb. Çinli Dinq Liren (2780) ilk “üçlüy”ü qapayır.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2441) 29-cu, Ülviyyə Fətəliyeva (2395) 57-ci, Gövhər Beydullayeva (2383) 68-ci, Gülnar Məmmədova (2350) isə 94-cü sıradadır.

Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur. FIDE adından çıxış edən, Bakıdakı Dünya Kubokunun qalibi Aleksandra Qoryaçkina (2567) ikinci, Çinin digər təmsilçisi Yu Venyun (2560) üçüncü yerdədir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir