Dünya

Rusiyada hərbi zavodda partlayış baş verib – VİDEO

Sharing is caring!


Rusiyada Perm diyarının Solikamsk şəhərində yerləşən “Ural” zavodunda partlayış baş verib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Verilən məlumata görə, partlayışın gücündən hərbi-sənaye müəssisəsinin idarəsinin binasında şüşələr sınıb.

“Solikamsk sakinləri güclü partlayış eşidiblər. Hətta bəzi evlərdə şüşələr sınıb”, – deyə “Telegram” sosial şəbəkəsində xəbər yayılıb.

Daha sonra bunun “Ural” hərbi-sənaye zavodunda baş verən hadisə ilə bağlı olduğu aydınlaşdırılıb. Bu zavodda partlayıcı maddələr, boya, lak, rezin və plastik məmulatlar istehsal olunur.

Hadisə şahidləri hadisə yerindən video paylaşıblar. Kadrlarda üzərindən tüstü qalxan sənaye sahəsi görünür.

Mənbə: 59.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir