Dünya

Odessada Azərbaycan vətəndaşlarına səyyar konsulluq xidməti göstəriləcək

Sharing is caring!


Azərbaycanın Ukraynadakı səfirliyi Odessa vilayəti və yaxın ərazilərdə daimi, yaxud müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarına müraciət edib.

Səfirlikdən verilən xəbərə görə, 11 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının Ukraynadakı Səfirliyinin konsulluq şöbəsi tərəfindən Odessa şəhərində səyyar konsulluq xidmətinin göstərilməsi planlaşdırılır.

Məlumatda qeyd olunub ki, Odessa Vilayətində təhlükəsizlik şəraitinin pisləşdiyi təqdirdə səyyar konsulluq xidməti təxirə salına bilər.

Müraciətdə Azərbaycan vətəndaşlarının bu məqamı nəzərə almaları xahiş olunub və konsulluq xidmətinin göstəriləcəyi ünvan məlumata əlavə edilib: “Одеса. Вул.Пушкинська 54. Дім «Азербайджан» Qəbul vaxtı: 09:30-dan -13:30-dək. Əlaqə telefonu: +380 73 505 00 00”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir