Dünya

İsraildə terror aktı planlaşdıran üç vətəndaş saxlanılıb

Sharing is caring!


İsrailin Baş Təhlükəsizlik Xidməti polislə birlikdə İslam Dövləti ilə əlaqədə olmaqda şübhəli bilinən üç israillinin saxlanılması istiqamətində əməliyyat keçirib.

Məlumata görə, saxlanılanlar İsraillə Fələstinin HƏMAS radikal hərəkatı arasında silahlı toqquşma fonunda terror aktı təşkil etməyi planlaşdırıblarmış. Onların hər üçü İsrailin şimal əyalətləri olan Saxnin və Ərraba şəhərlərinin sakinləri olub.

Qeyd edək ki, şübhəlilərin harada və nə vaxt terror aktları törətməyi planlaşdırdıqları barədə məlumat verilməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir