Dünya

İran xarici işlər naziri: “HƏMAS bizə vəd verib ki, İsrail vətəndaşlığı olmayan girovları azad edəcək”

Sharing is caring!


Fələstinin HƏMAS hərəkatı İsrail vətəndaşlığı olmayan məhbusları azad etməyə hazırdır.

İran hakimiyyəti bu məlumatı təsdiqləyib.

Bu barədə İran xarici işlər naziri Nasser Kanani məlumat verib.

“HƏMAS İrana vəd verib ki, İsrail vətəndaşlığı olmayan əcnəbi girovları azad edəcək”, – deyə nazir bildirib.

O qeyd edib ki, İsrailin Qəzza zolağına hücumları hələlik bu əməliyyatı həyata keçirməyə imkan vermir.

Nasser Kananinin sözlərinə görə, bir sıra ölkələr Qəzza zolağında silahlılar tərəfindən əsir götürülən əcnəbilərin azad edilməsinə nail olmaq üçün Tehranı radikal qruplaşma ilə danışıqlar aparmağa çağırıb.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir