Dünya

Çexiya prezidenti bayram mərasimində hərbçinin başındakı papağı vurub saldı – VİDEO

Sharing is caring!


Çexiya Prezidenti Pyotr Pavel oktyabrın 28-də Çexoslovakiyanın yaranması münasibətilə keçirilən mərasimdə hərbçinin başına flaqştokla (bayraq dirəyi) zərbə endirərək, papağını yerə salıb.

Mərasim zamanı Pavel döyüş bayrağını qəbul edərək, sıraya düzülmüş fəxri qarovul önündə onu qaldırmağa çalışıb. Bu zaman flaqştok təhlükəli şəkildə yana əyilib və yaxınlıqda dayanan əsgərin başına dəyib.

Qeyd olunur ki, tədbirin bütün iştirakçıları peşəkarlığını qoruyub saxlayıb, çox yaxşı vəziyyətdən çıxıb, hadisəyə şərh və reaksiya verilməyib. Prezident daha sonra “X” sosial şəbəkəsindəki (keçmiş “Twitter”) hesabında baş vermiş hadisəyə görə üzr istəyib.

“Mən heç olmasa bu şəkildə Vitkovda baş tutmuş mərasimdə flaqştok ilə vurulan Qala Mühafizəsinin üzvünə fiziki və ya psixoloji ziyana görə üzr istəməyə ehtiyac duyuram. Bu, şübhəsiz ki, standart hərbi prosedura yeni element əlavə etmək cəhdi deyildi. Mən sadəcə sizi layiqincə dəyərləndirə bilməmişəm”, – deyə Pavel üzr istəyib.

Mənbə: iz.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir