Dünya

ABŞ-də azərbaycanlı tələbələr Amerika-Azərbaycan Ticarət Palatasında bir araya gəliblər

Sharing is caring!


ABŞ-nin ən nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı tələbələr Amerika-Azərbaycan Ticarət Palatasında bir araya gəliblər.

APA xəbər verir ki, görüş Corc Vaşinqton Universitetində proqram direktoru, professor Sevinc Məmmədovanın təşəbbüsü ilə baş tutub.

Vaşinqtonda görüşən azərbaycanlı tələbələr bir-biriləri ilə yaxından tanış olublar.

Sevinc Məmmədova bildirib ki, burada əsas məqsəd azərbaycanlı tələbələrin bir-birini yaxından tanımasıdır:

“Məqsədimiz onları bir yerə yığmaq, onların şəbəkəsini yaratmaq, Azərbaycan üçün hansı töhfə verə bilərlər, nə cür intellektual proqramları həyata keçirmək mümkün olar və sair bunun kimi məsələləri müzakirə etməkdir”.

Görüşdə Azərbaycanın müstəqillik ənənələrindən, tarixindən, dövlət müstəqilliyinin bərpa edilməsindən də söhbət açılıb.

Bundan əlavə, ABŞ-Azərbaycan əlaqələri, ölkələrimiz arasında mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi, eləcə də xaricdə təhsil alan tələbələr üçün ölkəmizdə mövcud olan dövlət proqramları barədə məlumat verilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir