Dünya

“Tottenhem” Premyer Liqada liderliyini gücləndirdi – VİDEO

Sharing is caring!


Futbol üzrə İngiltərə çempionatının 10-cu turunun matçında “Tottenhem” “Kristal Pelas” üzərində qələbə qazanıb.

“Selherst Park” stadionunda baş tutan görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

“Tottenhem” Coel Uordun avtoqolu sayəsində hesabına ilk qolu yazıb, ikinci qolu isə koreyalı hücumçu Son Xın Min vurub. Görüşün sonunda ev sahibləri Cordan Ayunun dəqiq zərbəsi ilə bir qola imza ata biliblər.

Bununla da “Tottenhem” 26 xalla Premyer Liqa cədvəlinə başçılıq etməyə davam edir. “Kristal Pelas”ın 12 xalı var və 11-ci yerdə qərarlaşıb.

Mənbə: News.sportbox.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir