Dünya

İrəvanda çaxnaşma: “sabiqlər” dayanmadan görüş keçirir

Dqr” separatçı-terrorçularının sabiq liderləri Arkadi Qukasyan və Bako Saakyan İrəvanda Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüblər.
XeberAl.Az xəbər verir ki, görüş təxminən 1 saat davam edib. Bundan sonra Qukasyan-Saakyan cütlüyü Serj Sərkisyanla görüşüblər. Bunun ardınca isə Serj Sərkisyanla birgə Robert Köçəryanla bir araya gəliblər.
Ən sonda isə Qukasyan və Saakyan Levon Ter-Petrosyanın görüşünə gediblər.
Qeyd edək ki, bundan öncə Daşnaksütyun Partiyası Ermənistanın eks-liderlərinin iştirakı ilə vahid idarəçiliyin yaradılması barədə təkliflə çıxış ediblər. Daşnakların bu təklifinə Ter-Petrosyan rədd cavabı verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir