Dünya

Rusiya ilə Finlandiya arasında diplomatik gərginlik: Səfir XİN-ə çağırıldı

Sharing is caring!


Oktyabrın 25-də Finlandiyanın səfiri Antti Helantera Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və ona sərhədyanı əməkdaşlıq haqqında sazişin ləğvi barədə məlumat verilib.

Bu barədə Rusiya diplomatik idarəsi bu gün məlumat yayıb.

“Diplomatik nümayəndəliyin rəhbərinə bildirilib ki, ticarət-iqtisadi və regionlararası əlaqələrin, vətəndaşlar arasında birbaşa təmasların kəsilməsi, habelə giriş vizalarının verilməsi məsələlərində milli mənşəyinə görə ruslara qarşı ayrı-seçkilik də daxil olmaqla, Finlandiyanın Rusiyaya qarşı konfrontasiya xarakterli hərəkətlərinə cavab tədbirləri arasında Rusiya tərəfi 2012-ci il aprelin 13-də Helsinkidə imzalanmış Rusiya Federasiyası hökuməti ilə Finlandiya Respublikası hökuməti arasında Rusiya Federasiyası və Finlandiya Respublikası arasında sərhədyanı əməkdaşlığın təşviqi haqqında Sazişin ləğv edilməsi barədə qərar qəbul edib”, – deyə bəyanatda qeyd olunub.

Verilən məlumata görə, səfirə bu sazişin 14-cü maddəsinə uyğun olaraq, onun 90 gün ərzində, yəni 2024-cü il yanvarın 24-də ləğv olunacağı qeyd edilən diplomatik nota təqdim edilib.

Mənbə: ТАSS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir