Dünya

İsrail ordusu Qəzza zolağına ikinci reydi keçirdi – VİDEO

Sharing is caring!


Genişmiqyaslı hücuma hazırlaşan İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında ardıcıl ikinci gün reyd keçirib.

Bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.

Ordu bir gün əvvəl döyüşlərin növbəti mərhələlərinə hazırlıq məqsədilə tanklarla Qəzza zolağının şimalına girmişdi. Bu dəfə isə qırıcıların dəstəyi ilə zirehli texnikalardan istifadə olunub.

Yayımlanan kadrlarda SAXAL-ın həmçinin gecə saatları ərzində HƏMAS yaraqlılarına və onların infrastrukturuna zərbələri də əks olunub.

Bundan sonra qoşunlar İsrailə qayıdıblar.

Mənbə: RBK

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir