Dünya

İranda daha bir gənc intihar edib – FOTO

Sharing is caring!


İranın Əlborz əyalətinin Kərəc şəhərində həyatından bezən gənc dünən axşam özünü körpünün üzərindən ataraq intihar edib.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Qeyd edək ki, İranda gündən-günə intihar edən gənclərin sayı artmaqdadır. Buna səbəb isə repressiv hökumətin insanların həyatına hədsiz müdaxiləsidir.

Ötən gün də Şiraz şəhərində xalq etirazları zamanı həbs edilən, psixoloji və fiziki işgəncələrə məruz qalan 15 yaşlı Əmir Arslan Əjdahakoş həbsinin ildönümündə evinin damında intihar etmişdi.

 

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir