Dünya

UEFA Avropa Liqası: “Liverpul” Fransa klubunu darmadağın edib – FOTO

Sharing is caring!


UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda İngiltərənin “Liverpul”u öz meydanında Fransanın “Tuluza”sını qəbul edib.

Oxu.Az xəbər verir ki, “Enfild”də baş tutan matç “qırmızılar”ın böyük hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesab erkən açılıb. Artıq doqquzuncu dəqiqədə Dioqo Jota topu mərkəzdə ələ keçirərək cərimə meydançasına qədər götürüb, müdafiəçiləri çaşbaş salıb və dəqiq zərbə ilə topu tora göndərib.

Bununla belə, Fransa təmsilçisinin cavabı gecikməyib: cəmi yeddi dəqiqə sonra niderlandlı Teys Dallinqa Kelleherin qapısına yol taparaq status-kvonu bərpa edib. Lakin bu qol “bənövşəyilər”in sonuncu uğuru olub. 31-ci dəqiqədə “Liverpul”un yaponiyalı dayaq yarımmüdafiəçisi Endo hündürboy olmamasına baxmayaraq, başla qola imza atıb. Üç dəqiqədə “qırmızılar”ın üstünlüklərini iki topa çatdırıblar: hücumçu Darvin Nunyes topu doqquzluğa göndərib.

Matçın ikinci hissəsində də ümumi mənzərə dəyişməyib. 65-ci dəqiqədə Darvin Nunyes müdafiəçi və qapıçını keçərək baxımlı qola imza atmağa yaxın olsa da, top qapı dirəyinə dəyib. Bununla belə, yaxınlıqda olan Qravenberx onu sığortalayıb və eyni müdafiəçini yenidən keçərək qol vurub. Oyunda yekun qol əlavə edilmiş üçüncü dəqiqədə vurulub: misirli Məhəmməd Salah öz qol aktivini zənginləşdirib.

Beləliklə, üçüncü turun mərkəzi matçlarından biri hesab edilən “Liverpul” – “Tuluza” birincilərin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, hazırda “E” qrupuna “Liverpul” başçılıq edir: “qırmızılar” mümkün doqquz xaldan hamısını toplaya biliblər. İkinci yer uğrunda mübarizə aparan “Tuluza” isə hələlik üçüncü pillə ilə kifayətlənib. Fransalıların dörd xalı var.

Xatırladaq ki, “Liverpul” son matçında Mersisayd derbisində üç xal qazanıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir