Dünya

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərindən birini məhv edib – VİDEO

Sharing is caring!


İsrail ordusu Qəzza zolağında Fələstinin HƏMAS radikal təşkilatının silahlı qanadının raket bölmələrindən birinin komandirinin məhv edildiyini açıqlayıb.

Ordunun Mətbuat Xidmətinin verdiyi məlumata görə, Xan Yunisin şimal hissəsində Həmas raket qüvvələrinə komandanlıq edən Həsən əl-Abdullah məhv edilib. Zərbənin əldə edilən kəşfiyyat məlumatlarına əsaslanaraq İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları tərəfindən endirildiyi qeyd olunur.

“İsrail Müdafiə Ordusunun qırıcıları Qəzza zolağında HƏMAS-ın terror infrastrukturuna, o cümlədən hərbi komandanlıq mərkəzlərinə və raket buraxılış məntəqələrinə zərbələr endirməkdə davam edir”, – deyə Mətbuat Xidmətinin bəyanatında bildirilir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir