Dünya

İsrail mətbuatı: Beyrutda “Hizbullah”ın başçısı ilə HƏMAS nümayəndəsi arasında gizli görüş olub

Sharing is caring!


Livanda fəaliyyət göstərən “Hizbullah” təşkilatı ilə Fələstinin “HƏMAS” və  “İslami cihad” qruplarının başçıları arasında görüş baş tutub.

Məlumatı İsrail mətbuatı yayıb.

Bildirilir ki, görüşdə “Hizbullah” lideri Həsən Nəsrullah, HƏMAS-ın siyasi bürosunun rəhbərinin müavini Saleh əl-Aruri və “İslami Cihad”ın lideri Ziyad ən-Nahal iştirak ediblər.

Gizli təşkil edilən görüş Livanın paytaxtı Beyrutda baş tutub.

Qeyd olunur ki, hər üç qruplaşmanın rəhbəri bölgədəki son vəziyyəti müzakirə edib və İsrailə qarşı birgə fəaliyyət planını müzakirə ediblər.

Mənbə: The Times of Israel

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir