Dünya

Gürcüstanın paytaxtında İpək Yolu Forumu işə başlayıb

Sharing is caring!


26-27 oktyabr 2023-cü il tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə İpək Yolu Forumu keçiriləcək.

Tədbirdə 60-a yaxın ölkədən iki minə qədər qonaq iştirak edəcək.

Forumun açılışında Gürcüstan, Ermənistan və Azərbaycanın baş nazirləri iştirak edəcəklər. Bundan əlavə, digər panel iclaslarında Avropa və Asiyadan yüksək səviyyəli hökumət nümayəndələri, baş nazirin müavinləri və iqtisadiyyat nazirləri iştirak edəcəklər.

Tədbirdə diplomatik korpusun və beynəlxalq, o cümlədən maliyyə, donor təşkilatların nümayəndələri də iştirak edəcəklər.

Forumda həmçinin region ölkələrindən, Fars körfəzi, ABŞ və Çindən onlarla aparıcı şirkət nümayəndələrinin iştirakı gözlənilir. Forum çərçivəsində keçirilən sessiyalarda BBC, “Bloomberg” və DW-nin aparıcı jurnalistləri moderatorluq edəcəklər.

Tədbir iştirakçıları qlobal iqtisadi çağırışları, onların həlli yollarını, həmçinin əlaqə istiqamətində əməkdaşlığın aspektlərini və perspektivlərini müzakirə edəcəklər. Tədbir on sessiyanı əhatə edəcək: Ticarət, nəqliyyat, enerji, turizm, rəqəmsal və maliyyə texnologiyaları.

Forumun ikinci günü Gürcüstanda investisiya imkanlarının müzakirəsinə və ikitərəfli görüşlərə həsr olunacaq.

Qeyd edək ki, ilk Tbilisi İpək Yolu Forumu 2015-ci ilin oktyabrında baş tutub. Sonuncu, üçüncü forum 2019-cu ildə keçirilib. Burada 60 ölkədən iki min nümayəndə iştirak edib.

İpək Yolunun inkişafı bu istiqamətdə mühüm investisiyalar yatıran Gürcüstan hökumətinin mühüm prioritetlərindən biridir.

Mənbə: Sputnik Gürcüstan

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir