Dünya

ABŞ-də atışma nəticəsində 22 nəfər həlak olub, onlarla yaralı var – VİDEO

Sharing is caring!


ABŞ-nin Men ştatının Luisvil şəhərində atışma nəticəsində 22 nəfər həlak olub, 60-dək insan yaralanıb.

“Fox News” telekanalının məlumatına görə, restoran, mağaza və əyləncə mərkəzində cani insanlara atəş açıb.

Polis atəş açan şəxsin kimliyini təsbit edib. Bu, 40 yaşlı Robert Kard adlı şəxsdir. Onun hələ də ələ keçmədiyi bildirilir.

Hadisə hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi qiymətləndirilməyib.

ABŞ Prezidenti Co Baydenə vəziyyət barədə məlumat çatdırılıb.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir