Dünya

Liviya İsraili dəstəkləyən dövlətlərin səfirlərindən ölkəni tərk etmələrini tələb etdi

Sharing is caring!


Liviya Nümayəndələr Palatası (parlament) İsrailin Qəzza zolağında hərbi əməliyyatlarını dəstəkləyən dövlətlərin səfirlərindən ölkəni tərk etmələrini tələb edib.

Bu barədə Liviya parlamentinin iclasında qəbul edilmiş bəyanatda bildirilib.

Qeyd olunub ki, bununla bağlı liviyalı deputatlar İsraili dəstəkləyən ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın mövqeyini pisləyiblər.

Bundan əlavə, parlamentarilər Fələstinə qarşı əməliyyatlara son verilməsə, İsraili dəstəkləyən ölkələrə neft və qaz ixracını dayandırmağa çağırıblar.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir