Dünya

Beynəlxalq Əfv Təşkilatı məhbus jurnlistlərlə bağlı İrana çağırış edib – FOTO

Sharing is caring!


Beynəlxalq Əfv Təşkilatı dünən İranda ağır həbs cəzasına məhkum edilən iki qadın jurnalistin – Nilufər Həmidi və İlahə Məhəmmədinin dərhal azad edilməsini tələb edib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

Sözügedən təşkilat öz “Instagram” hesabında paylaşdığı bəyanatda İranda repressiv əxlaq polisi tərəfindən Məhsa Əmininin öldürülməsi ilə bağlı xəbərləri işıqlandıran bu iki jurnalistin son dərəcə ədalətsiz məhkəmə prosesini tənqid edib və jurnalistikanın cinayət olmadığını qeyd edib.

Xatırladaq ki, Nilufər Həmidi və İlahə Məhəmmədi “Şərq” və “Həmmihən” qəzetlərinin əməkdaşlarıdır.

Qeyd edək ki, İranda ötənilki etirazlar zamanı azı 95, o cümlədən 24 qadın jurnalist həbs edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir