Dünya

BMT rəsmisi: “İranda insan haqlarının acınacaqlı vəziyyəti bizi narahat edir”

Sharing is caring!


“İranın hüquqi və siyasi strukturunda köklü qüsurlar olduğundan demokratiya və islahat prosesləri uğursuzluğa düçar olub”.

Bunu BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda insan hüquqlarının əhəmiyyətli dərəcədə pisləşməsindən narahatlığını bildirərək deyib.

Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib.

Cavid Rəhman dünən BMT-nin Baş Assambleyasının Üçüncü Komitəsinə İranda insan haqları barədə təqdim etdiyi hesabatda etirazçıların zorakılıq tətbiq edilməsi, onların özbaşına həbs edilməsi, işgəncələrə məruz qalması və məhkum edilməsinə toxunub.

“2023-cü ildən bu günə qədər ölkədə ən azı 419 nəfər edam olunub. İranda qadınların hüquqi vəziyyəti ürəkaçan deyil. Hicaba etiraz edənlər ağır cəzalarla üzləşirlər. İran qadınları cinsi aparteidə və ayrı-seçkiliyə məruz qalırlar”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir