Dünya

İsrail BMT rəsmilərinə viza verilməsindən imtina etdi: “Onlara dərs verməyin vaxtıdır”

Sharing is caring!


“BMT Baş katibi Antonio Quterreşin HƏMAS-ın İsrailə qarşı vəhşicəsinə hücumuna haqq qazandıran açıqlamalarından sonra İsrail BMT rəsmilərinə viza verilməsindən imtina edəcək”.

Bu sözləri İsrailin BMT-dəki səfiri Gilad Erdan Ordu Radiosuna açıqlamasında deyib.

“Onun bəyanatları səbəbindən biz BMT nümayəndələrinə viza verməkdən imtina edəcəyik”, – deyə Gilad Erdan bildirib. 

“Biz artıq baş katibin humanitar məsələlər üzrə müavini Martin Qriffitsə viza verməkdən imtina etmişik. Onlara dərs verməyin vaxtıdır”, – deyə Erdan qeyd edib.

Xatırladaq ki, Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının İsrail və HƏMAS arasında müharibəyə həsr olunmuş iclasında HƏMAS-ın hücumunun əbəs yerə olmadığı ilə bağlı ifadə dilə gətirib.

“Eyni zamanda, etiraf etmək lazımdır ki, HƏMAS-ın hücumu boş yerə olmayıb”, – deyə Quterreş bildirib.

Onun bu bəyanatı İsrail tərəfindən HƏMAS-a haqq qazandırılması kimi qiymətləndirilib və qəzəb doğurub.

Mənbə: “Times of Israel”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir