Dünya

Stres həzmimizi korlamasın – nutrisioloqdan məsləhət

Sharing is caring!


“Stres bir çox xəstəliyin səbəbi olur. Ağır sinir gərginliyi, xüsusən həzm orqanlarının fəaliyyətinə təsir göstərə bilər”.

Bu sözləri rusiyalı nutrisioloq Natalya Zubareva bildirib.

Onun fikrincə, bu, adi fiziologiya ilə izah oluna bilər. Stres anlarında beyin “yaşamaq lazımdır” siqnalını göndərir və həyati proseslərə yönəlir. Həzm bu prosesdə ilkin sıralarda onlardan biri deyil.

“Bu siqnalın təsirinin və stresli dövrlərdə serotoninin təbii çatışmazlığının nəticəsi mədə-bağırsaq traktına qan axınının azalması, bağırsaq və mədə əzələlərinin daralması, həmçinin həzm fermentlərinin istehsalının azalmasıdır”, – deyə Zubareva izah edib.

Bu anlarda insan qıcqırma, köp və ya peristaltikanın pozulmasını hiss edir. Həkimin sözlərinə görə, qidaların köməyi ilə streslə mübarizə aparmaq olar. Əvvəla, sinir sisteminin işinə mənfi təsir göstərən hər şeyi rasionunuzdan çıxarmalısınız. Bunlar sadə karbohidratlar (tort, şirniyyat, peçenye, bulka və s.), eləcə də şəkərli digər qidalardır.

“Tərkibində B vitamini və Omeqa-3 yağı turşuları olan qidalar streslə mübarizə aparmağa kömək edir. Bu maddələr sinir sisteminin sabit işləməsi üçün çox vacibdir. Onun sözlərinə görə, ideal seçim yağlı dəniz balığıdır. Bundan əlavə, stres altında olan orqanizm maqneziumla zəngin qidalarla dəstəklənməlidir. Bu halda, siz rasionunuza badam və bananı daxil edə bilərsiniz”, – deyə nutrisioloq vurğulayıb.

Mənbə: Rambler

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir