Dünya

İran rəhbəri Armita Gəravəndin cəsədinin Tehrandan çıxarılmasına əmr verib – FOTO

Sharing is caring!


Armita Gəravəndin son vəziyyəti barədə verilən məlumata görə, repressiv təhlükəsizlik qüvvələri komada olan 16 yaşlı qızın ailəsinə bildiriblər ki, İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyi onun cənazəsinin Tehrandan çıxarılmasına göstəriş verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Məlumata görə, buna səbəb isə Məhsa Əmininin ölümündən sonra etirazların yenidən təkrarlanması qorxusudur.

Qeyd edək ki, Armita Gəravənd bu yaxınlarda Tehran metrosunda məcburi hicab qaydalarına əməl etmədiyi üçün “Əxlaq” polisi tərəfindən döyülərək komaya düşmüşdü.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir