Dünya

Dövlət Duması Ermənistanın sürücülük vəsiqələrinin Rusiyada tanınması ilə bağlı qərarını dəyişdi

Sharing is caring!


Rusiya biznes və əmək fəaliyyəti üçün Ermənistanın sürücülük vəsiqələrini tanımayacaq. Dövlət Duması bu məsələni qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.

Bu barədə Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Ermənistan vətəndaşlarına öz ölkələrinin sürücülük vəsiqəsi ilə Rusiyada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olmağa icazə verən qanun layihəsinin təxirə salınmasını şərh edərkən bildirib.

O, Ermənistanda son zamanlar verilən qərarların Rusiya ilə bu sahədə əlaqələrin inkişafına yönəlmədiyini vurğulayıb.

Qeyd edək ki, Rusiyada Ermənistan vətəndaşlarının milli sürücülük vəsiqələrinin tanınması ilə bağlı sənəd hələ 2022-ci ilin iyununda birinci oxunuşda qəbul edilib.

Mənbə: URA.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir