Dünya

NATO rəhbəri Ərdoğana təşəkkür edib

Sharing is caring!


NATO-nun baş katibi Yens Stoltenberq İsveçin alyansa qoşulması ilə bağlı protokolu ratifikasiya üçün milli parlamentə təqdim etdiyinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

“Mən sənədin təqdim edilməsini alqışlayıram. İsveçi NATO-ya tamhüquqlu üzv kimi ən qısa zamanda qəbul etməyi səbirsizliklə gözləyirəm ki, bu da alyansı daha güclü və etibarlı edəcək”, – baş katib alyansın mətbuat xidmətinin yaydığı bəyanatda bildirib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir