Dünya

Məşhur türkiyəli müğənni Bakıda ərə getdi – FOTO/VİDEO

Sharing is caring!


Türkiyəli aktrisa və müğənni Öykü Gürmanla sevgilisi Fatih İçmelinin bu gün toyudur.

Axsam.az xəbər verir ki, aktrisa 6 ildir eşq yaşadığı sevgilisi ilə Bakıdakı Türkiyə səfirliyində nikah masasına əyləşib. Sənətçi nikah zamanı göz yaşlarını saxlaya bilməyib.

Cütlüyün özəl günündən görüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, Fatih ötən ilin yanvarında Parisdə Öyküyə evlilik təklifi edib. Daha sonra ailə arasında keçirilən kiçik mərasimlə nişanlanıblar. Onlar bir neçə dəfə toy etmək istəsələr də, mərasim Öykünün konsert proqramları ilə əlaqədar olaraq təxirə düşüb. Sonuncu dəfə isə cütlük sentyabrda toy etməyi planlaşdırıb. Aktrisanın evinin olduğu Çanakkale şəhərində yanğın çıxdığı üçün bu dəfə də məclis təxirə salınıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir