Dünya

Avropalı məmurlar təsadüfən Strasburqun əvəzinə “Disneylend”ə gedib çıxıblar

Sharing is caring!


Bir neçə yüz nəfər parlamentari və Avropa Parlamentinin əməkdaşı təsadüfən Strasburqun əvəzinə “Disneylend”ə gedib çıxıblar.

Verilən məlumata görə, Avropa Parlamenti eyni vaxtda iki şəhərdə yerləşdiyi üçün Brüssel və Strasburq arasında rəsmi şəxslər və parlamentarilər üçün xüsusi çarter qatarı müntəzəm olaraq hərəkət edir. O, təxminən ayda bir dəfə yola düşür. Lakin bazar ertəsi, oktyabrın 16-da Brüsseldən yola düşən reys plana uyğun getməyib. Strasburq əvəzinə sərnişinlər “Disneylend”ə gedib çıxıblar.

Daha sonra Fransanın “SNCF” dəmir yolu şirkətinin nümayəndələrinin bildirdiyinə görə, Paris yaxınlığındakı keçidlərdən birində nasazlıq baş verib və qatar yanlış yola çıxıb. Qatar “Disneylend” stansiyasında təxminən 45 dəqiqə dayanıb və sonra yenə də təyinat yerinə yola düşüb.

Mənbə: Lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir