Dünya

Nigeriyada difteriya epidemiyası: Minlərlə yoluxma qeydə alınıb

Sharing is caring!


Qərbi Afrika ölkəsi olan Nigeriya difteriya epidemiyası ilə mübarizə aparır.

Ölkədə epidemiyaya yoluxanların sayı 9 500-ə yaxınlaşıb.

Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (NCDC) açıqlama verib.

Məlumata görə, 1 yanvar-19 oktyabr tarixləri arasında difteriya paytaxt Abucadan başqa, 20 əyalətin 137 bölgəsində yayılmağa davam edib.

Bu müddət ərzində 15 060 şübhəli difteriya halı qeydə alınıb və aparılan testlərin 9 478-də nəticələr pozitiv olub.

NCDC direktoru İfedayo Adetifa təsdiq edilən yoluxma hallarının 71,5 faizinin 1-14 yaşlı uşaqlar arasında qeydə alındığını, körpələrdə isə bu nisbətin bir faizdən az olduğunu bildirib.

Adetifa vurğulayıb ki, epidemiyanın episentri olan Kano əyalətində ən çox yoluxma müşahidə edilib ki, bu rəqəm 7 747 təşkil edib.

Ölkənin səhiyyə və sosial təminat naziri Məhəmməd Pate nəzərə çatdırıb ki, ölkənin 19 ştatında difteriyaya yoluxmuş uşaqların 98 faizi peyvənd olunmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə Nigeriyada difteriya hallarının artması səbəbindən ölkədə epidemiyanın ikinci dalğasının olduğunu təsdiqləyib.

Qeyd edək ki, difteriya “Corynebacterium diphtheriae” adlı mikroorqanizmin boğaz, burun, göz və dəriyə yerləşməsi ilə ortaya çıxır. Yoluxucu olan bu xəstəlik ölümlə nəticələnə bilər.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir