Dünya

Ombudsman Fransanı tənqid etdi

Sharing is caring!


“Beynəlxalq ictimaiyyət və dünya ictimaiyyəti neokolonializmə, insan hüquqlarının pozulması hallarına biganə qalır”.

Oxu.Az-ın məlumatına əsasən, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Azərbaycan Ombudsmanı deyib.

O bildirib ki, Azərbaycan da Ermənistanın təcavüzündən əziyyət çəkib.

“Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. Ermənistan Qarabağ və Şərqi Zəngəzuru təkcə işğalda saxlamamışdı, həm də orada xeyli mina basdırmışdı. Bu günə qədər Ermənistan dəqiq mina xəritələrini Azərbaycana təqdim etməyib. Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 330 nəfər olub. Bu günə qədər Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min azərbaycanlının taleyi barədə məlumat verməyib”, – deyə o əlavə edib.

Ombudsman bildirib ki, Fransa da dünyada müstəmləkə siyasətini davam etdirir.

“Afrikada, Yaxın Şərqdə həyata keçirilən neokolonializm siyasəti fundamental insan hüquqlarını pozur. Fransa müstəmləkəsinə çevirdiyi ölkələrin insanların hüquqlarını pozub. Təbii sərvətlər istismar olunub. Fransa bütün bunlarla yanaşı, Ermənistanın Azərbaycana qarşı işğalını dəstəkləyib. Fransa regionda ədalətli sülhün bərqərar olmasına deyil, süni münaqişə ocağı yaratmağa çalışır”, – deyə Səbinə Əliyeva qeyd edib.

Ombudsman söyləyib ki, BMT-də ciddi islahatlara ehtiyac var, çünki o, mövcud çağırışlara cavab vermir.

“Bu gün neokolonializm siyasətindən əl çəkilməlidir. Xalqlar azad, sülh şəraitində yaşamalıdırlar. İnanıram ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti prosesə töhfə verəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir