Siyasət

MSK 29 saylı Səbail Seçki Dairəsi ilə bağlı qərar verib

Sharing is caring!

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 29 saylı Səbail Seçki Dairəsindən namizəd olan Bəxtiyar Hacıyevin şikayətinə baxılıb.

APA-nın məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasının üzvü Ramiz İbrahimov məlumat verib.

İbrahimov bildirib ki, B. Hacıyev şikayətində səsvermənin nəticəsinin seçicilərin iradəsini əks etdirməyi üçün həmin dairədə seçkilərin nəticəsinin ləğvini tələb edib: “Şikayət Ekspert Qrupu tərəfindən araşdırılıb. Bəxtiyar Hacıyev müraciətində araşdırmada iştirak etmək istədiyini də bildirib. Araşdırma 3 istiqamətdə aparılıb: müraciət edənin MSK-ya təqdim etdiyi sənədlər, sosial şəbəkədə yayılan görüntülər və Dairə Seçki Komissiyasından alınan protokollar. Şikayət Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə araşdırılıb”.

  1. İbrahimov qeyd edib ki, B. Hacıyev müraciətində 22 seçki məntəqəsində səsvermənin nəticələrinin ləğv etməsini tələb edib: “Namizəd MSK-ya və DSK-ya təqdim etdiyi əlavələrdə məntəqə seçki komissiyasından əldə edilmiş protokollar təqdim edib. Bu protokollar rəsmi protokollardan fərqlidir. Bu araşdırma 25 protokolu əhatə edir. Lakin həmin protokollardan, sadəcə, 9-u orijinal protokollarla eynilik təşkil edir”.
  2. İbrahimov nəzərə çatdırıb ki, aparılmış araşdırmanın nəticəsi olaraq, göstərilən pozuntular seçki qanunvericiliyinin tələblərinə görə 1, 5, 9, 11, 17, 25 saylı seçki məntəqələrində seçkinin nəticəsinin etibarsız sayılmasına əsas yaradılan faktlar var. Buna görə də bu seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılmalıdır.

MSK 29 saylı Səbail Seçki dairəsinin 1, 5, 9, 11, 17, 25 seçki məntəqələri üzrə səsvermənin nəticələrinin ləğv edilməsi ilə bağlı qərar qəbul etməklə, şikayəti qismən təmin edib.

Bəxtiyar Hacıyev çıxış edərək araşdırmanın nəticəsindən narazı qaldığını bildirib, 23 saylı seçki məntəqəsində baş verənlərin ciddi şəkildə araşdırılmasına ehtiyac olduğunu deyib. O, MSK-ya həmin seçki məntəqəsində baş verənləri əks etdirən görüntülər təqdim etdiyini, həmin görüntüləri sosial şəbəkələrdə yaydığını da söyləyib.

MSK sədri Məzahir Pənahov isə 29 saylı Səbail Seçki Dairəsinin 23 saylı seçki məntəqəsində baş verənlərin ciddi şəkildə araşdırılacağını bildirib. “23 saylı məntəqə ilə bağlı heç kim narahat olmasın, ciddi araşdırma aparılacaq”, – deyə o qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir