Dünya

İsrail Livanla sərhəddə yerləşən şəhəri təxliyə edir

Sharing is caring!


İsrail Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin şimalında, Livanla sərhədə yaxın yerləşən Kiryat Şmona şəhərinin sakinlərinin təxliyəsi ilə bağlı bəyanat verib.

Nazirlik və IDF-nin birgə bəyanatı ordunun Mətbuat Xidməti tərəfindən yayımlanıb.

“Müdafiə Nazirliyinin Milli Fövqəladə Halların İdarə Olunması Agentliyi və İsrail Müdafiə Qüvvələri şimaldakı Kiryat Şmona şəhəri sakinlərinin hökumət tərəfindən maliyyələşdirilən qonaq evlərinə təxliyə olunduğunu elan edir”, – deyə məlumatda bildirilib.

Sənəddə qeyd olunur ki, təxliyə planı müdafiə naziri Yoav Qalant tərəfindən təsdiqlənib.

“Bir müddət əvvəl İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığı Kiryat Şmona ilə bağlı qərarı barədə şəhər merini məlumatlandırıb. Planı yerli hakimiyyət orqanları, Turizm Nazirliyi və Müdafiə Nazirliyi tərəfindən həyata keçirəcək”, – deyə ordunun Mətbuat Xidmətindən qeyd edilib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir