Dünya

Martinikanın Azadlıq Partiyasının nümayəndəsi: “Fransa Afrika ölkələrini zəhərləyib”

Sharing is caring!


“Fransa Afrika ölkələrini zərərli maddələrlə zəhərləyib”.

“Report” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.

O vurğulayıb ki, Fransa Afrika ölkələrində banan yetişdirmək üçün nadir kimyəvi maddələrdən istifadə edib:

“Torpaqları çirkləndirmələri Afrika ölkələrinin əhalisi arasında xəstəliklərin artmasına səbəb oldu. Bu maddələrin molekulları, hətta ana südündə də tapılıb. Bununla bağlı tədbir görmüşük, lakin problem hələ də həllini tapmayıb. Biz fransız alimlərinə müraciət etdikdə, bütün bunların Afrikadakı antisanitar şəraitlə bağlı olduğunu əsaslandırdılar”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir