Dünya

MAP-ın nümayəndəsi: “Fikir mübadiləsi üçün platformanın təqdim edilməsinə görə Bakıya minnətdarıq”

Sharing is caring!


“Bakı Təşəbbüs Qrupuna Fransanın müstəmləkəçilik siyasəti ilə bağlı fikir mübadiləsi üçün platforma təqdim etdiyinə görə minnətdarıq”.

“Report” xəbər verir ki, bunu Martinikanın Azadlıq Partiyasının (MAP) nümayəndəsi Lyuk Frensis Kerol mətbuat konfransında deyib.

Onun sözlərinə görə, sabah Bakıda keçiriləcək konfrans sayəsində Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan təşkilatlar bir araya gələ biləcək: “Bizim problemlərimizdən BMT səviyyəsində danışmağa başlamağımız Fransanın xoşuna gəlmir”.

Qeyd edək ki, sabah Azərbaycanın paytaxtında Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” adlı beynəlxalq konfrans keçiriləcək.

Toplantıda 14 ölkədən, eləcə də Fransanın dənizaşırı əraziləri və Korsikadan olan nümayəndələr iştirak edəcəklər.

Xatırladaq ki, Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində bu il iyulun 6-da Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir