Dünya

Fransada bomba xəbərdarlığı: Dörd hava limanı təxliyə edildi

Sharing is caring!


Fransada 4 hava limanı bomba xəbərdarlığına görə təxliyə edilib.

Ölkənin Bordo, Nant, Lill və Monpelye şəhərlərindəki hava limanları bomba təhlükəsi səbəbindən boşaldılıb.

İstehkamçılar Monpelye hava limanında axtarışlar aparırlar. Lill hava limanında təxminən 300 sərnişin təxliyə edilib, lakin sonradan hərəkət tədricən bərpa edilib.

Qeyd edək ki, son günlər ölkədə məktəb, hava limanı, muzey kimi ərazilərdə yalançı bomba xəbərdarlıqlarından sonra ədliyyə naziri Erik Düpond-Moretti mətbuata açıqlama verib və bu işdə əli olanların tapılaraq cəzalandırılacaqlarını bildirib.

Xatırladaq ki, dünən də ölkədəki 6 hava limanı bomba hədələrinə görə boşaldılıb, lakin xəbərlərin əsassız olduqları ortaya çıxıb.

Mənbə: BFMTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir