Dünya

Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” layihəsi əleyhinə hərəkətə keçdi

Sharing is caring!


Avropa İttifaqı Çinin “Bir kəmər, bir yol” layihəsinə rəqib olaraq hazırladığı “Qlobal Gateway” (Qlobal Keçid Qapısı) layihəsini tanıtmaq üçün gələn həftə təxminən 20 ölkənin rəhbərlərini Brüsselə toplayacaq.

Sammitin oktyabrın 17-də Çinin təşəbbüsü ilə 130-dan çox ölkəni Pekinə toplayıb “Bir kəmər, bir yol” layihəsi ətrafında müzakirələri təşkil etdiyi foruma cavab olaraq təşkil edildiyi bildirilir.

Qeyd olunur ki, oktyabrın 25-26-da Brüsseldə keçiriləcək  “Qlobal Gateway” Forumunda iştirak edəcək dövlət və hökumət başçıları arasında Banqladeş, Seneqal, Namibiya və Moldovanın dövlət və hökumət başçıları da yer alacaqlar.

Məlumat üçün əlavə edək ki, “Qlobal Gateway” adlı layihəyə 300 milyard avronun xərclənməsi planlaşdırılır.

Avropa İttifaqı (Aİ) yeni investisiya proqramı ilə Çinin yeni “İpək Yolu” layihəsinə rəqib olmağı nəzərdə tutub. AB Komissiyasının sədri Ursula fon der Lyayen tərəfindən Brüsseldə ictimaiyyətə təqdim edilən layihə çərçivəsində 2027-ci ilə qədər dövlət və özəl resurslardan istifadə etməklə, dünya miqyasında avtomobil yolları, dəmir yolları kimi nəqliyyat əlaqələri ilə dənizin altından keçən fiber-optik internet kabelləri, elektrik şəbəkələri və infrastruktur layihələri həyata keçiriləcək, səhiyyə sisteminə investisiya qoyulacaq.

“Global Gateway” adlanan layihə rəsmi olaraq bu cür fəaliyyətə başlamasa da, 2013-cü ildə Türkiyənin də daxil olduğu Çinin həyata keçirdiyi “Bir kəmər, bir yol” layihəsinə Aİ-nin cavabı hesab olunur.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir