Dünya

Misir prezidentindən təklif: “Qəzzalıları səhraya yerləşdirək”

Sharing is caring!


Misir Prezidenti Əbdülfəttah əs-Sisi İsraildən Qahirəyə gələn Almaniya Kansleri Olaf Şoltsla görüşü zamanı Qəzza zolağı sakinlərinin Sinay yarımadasına köçürülməsinə qarşı olduğunu bildirib.

“Biz Fələstin məsələsinin bağlanmasının və qəzzalıların Sinaya deportasiya edilməsinin əleyhinəyik. Biz istəmirik ki, Sinay İsrailə hücumlar üçün bazaya çevrilsin”, – deyə Misir lideri bildirib.

Bunun əvəzinə o, İsrailin yaraqlılarla mübarizə apardığı müddət ərzində Qəzzanın mülki əhalisini müvəqqəti olaraq Negev səhrasına köçürməyi (yəni onları İsrail ərazisinə buraxmağı) təklif edib.

Mənbə: newsru.co.il

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir