Dünya

Keçmiş İran rəsmisinin ömürlük həbs cəzası təsdiqləndi – FOTO

Sharing is caring!


İsveçin paytaxtı Stokholmda Apellyasiya Məhkəməsi İranın Kərəc şəhəri yaxınlığındakı Qohərdəşt zindanında prokuror müavininin köməkçisi vəzifəsində çalışmış Həmid Nurinin işi ilə bağlı qərarını açıqlayıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, Apellyasiya Məhkəməsinin qərarına əsasən, Həmid Nurinin 1988-ci ildə iranlı siyasi məhbusların öldürülməsində iştirakına dair ittiham əsasında ömürlük həbs cəzası qüvvədə saxlanılıb. Ömürlük həbslə yanaşı, edam edilənlərin ailələrinə və siyasi məhbuslara təzminat ödəməyə məhkum edilib.

Qeyd edək ki, Həmid Nuri 2019-cu ilin noyabrında İsveçdə polis tərəfindən tələyə salınaraq Arland aeroportunda həbs olunub.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir