Dünya

İsrail ordusu Qəzza sakinlərinin bölgənin cənubuna təxliyə olunmasına çağırdı

Sharing is caring!


İsrail ordusu Qəzza sakinlərinin zolağın cənubunda əl-Məvasi istiqamətindəki humanitar rayona təxliyə olunması ilə bağlı çağırış edib və burada zərurət olarsa, onlara yardım göstəriləcəyini deyib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin “Telegram” kanalında paylaşım edilib. 

“İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimal hissəsində və Qəzza şəhərində yaşayan sakinləri Vadi Qəzzanın cənubundakı Əl-Məvasi bölgəsinə təxliyə olunmasına çağırmaqda davam edir. İsrail Müdafiə Qüvvələri qərbi Xan Yunisdə, Əl-Məvasi bölgəsindəki açıq ərazilərə təxliyə olunmağı tövsiyə edir”, – deyə paylaşımda bildirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir