Dünya

Şolts və heyəti təyyarədən çıxıb yerə uzanmalı oldular – VİDEO

Sharing is caring!


Almaniya kansleri Olaf Şolts və onun nümayəndə heyəti Təl-Əvivdə (İsrail) hava hücumu xəbərdarlığı səbəbindən təyyarədən çıxarılıblar.

Buna dair sosial şəbəkələrdə video yayılıb.

Görüntülərdə Almaniya kansleri heyətin qalan sərnişinləri ilə birlikdə təyyarədən çıxarılır. Daha sonra onlar təyyarənin yanında yerə uzanmalı olurlar. Videonu çəkən şəxs kameranı göyə yönəldib. Səmada iki naməlum uçan obyekt görüntülənib.

Xatırladaq ki, Olaf Şolts Baş nazir Benyamin Netanyahu ilə İsrail-Fələstin münaqişəsinin eskalasiyasını müzakirə etmək üçün oktyabrın 17-də İsrailə həmrəylik səfəri edib. O, Almaniyanın İsraili qeyd-şərtsiz dəstəklədiyini və ölkənin radikal Fələstin hərəkatı HƏMAS ilə mübarizədə Berlinə arxalana biləcəyini açıqlayıb.

Mənbə: “BAZA” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir