Dünya

Kolumbiya XİN başçısı İsrail səfirini ölkəni tərk etməyə çağırıb

Sharing is caring!


Kolumbiyanın xarici işlər naziri Alvaro Leyva İsrail səfiri Qali Daqanı Kolumbiya prezidentinin ünvanına söylədiyi fikirlərə görə üzr istəməyə və ölkəni tərk etməyə çağırıb.

“İsrailin Kolumbiyadakı səfirinin respublika prezidenti Qustavo Petroya qarşı mənasız təkəbbür göstərməsi dünya diplomatiyası tarixində mühüm səhifə olacaq. Bu, ayıbdır. Heç olmasa üzr istəyin və çıxıb gedin”, – Leyva bazar ertəsi sosial şəbəkədə yazıb.

Qeyd edək ki, sosial şəbəkələrdə Petro və Daqan arasında mübahisə Kolumbiya prezidentinin fələstinlilərə dəstək verərək İsraili Qəzza zolağında yandırılmış torpaq taktikasından istifadə etməkdə ittiham etməsindən sonra yaranıb. Daqan Petronun ifadələrini lağa qoyaraq cavab verib.

Bundan əvvəl İsrail tərəfi mövcud vəziyyətlə əlaqədar Kolumbiyaya təhlükəsizlik avadanlığının ixracını dayandırdığını açıqlamış, Petronun bəyanatlarını “düşmənçilik və antisemitizm” adlandırmışdı.

Kolumbiya prezidentinin özü isə vəziyyəti belə şərh edib: “İsraillə diplomatik münasibətləri dayandırmaq lazım gələrsə, biz onları dayandıracağıq. Biz soyqırımı dəstəkləmirik”.

Mənbə: İnterfaks

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir