Dünya

Braziliyalı legionerə təkliflər yağış kimi yağdı, “Qarabağ” hərəkətə keçdi

Sharing is caring!


“Qarabağ” ötən yay sıralarına qatdığı Julio Romaonun müqavilə müddətini uzatmaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, braziliyalı legionerlə anlaşmanı 2 illik uzadılması gündəmdədir.

Hərçənd yarımmüdafiəçinin mövcud kontraktı 2026-cı ilin yayına kimi qüvvədədir. Bəs “atlılar” nədən belə narahatdırlar?

İş ondadır ki. “sambaçı” avrokuboklarda çıxışı ilə Avropanın bir neçə ölkəsinin aparıcı komandalarının maraq dairəsinə düşüb. Azərbaycan çempionu ona gələn təkliflərin çoxluğundan xəbərdardır.

25 yaşlı cənubi amerikalı peşəkar futbolçu kimi 2020-ci ildən Portuqaliyada – “Santa Klara”da çıxış edib. Daha əvvəl isə Braziliyada “Paranaense” və “Ponte Preta”nın formasını geyinib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir