Dünya

Keniyada saxta vəkil karyerasındakı bütün işlərdə qalib gəlib

Sharing is caring!


Özünü ölkənin Ali Məhkəməsinin vəkili kimi təqdim edən keniyalı təsadüfi yoxlamadan sonra yaxalanıb.

Məlum olub ki, onun nəinki vəkillik lisenziyası, hətta heç bir hüquq təhsili də yoxdur.

Eyni zamanda, afrikalı rayon, apellyasiya və ali məhkəmələrdə 26 işi öz üzərinə götürərək uğurla başa vura bilib. O, indiyədək heç bir prosesi uduzmayıb. Nayrobinin keçmiş qubernatoru və ölkə parlamentinin keçmiş üzvü onun müdafiəsinə qalxıb.

Hazırda məsələ ilə bağlı araşdırma aparılır.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir