Dünya

Qətər və ABŞ girovların azad edilməsi ilə bağlı razılığa gəlmək niyyətindədirlər

Sharing is caring!


Qətər və ABŞ İsrail ərazisində radikallar tərəfindən əsir götürülən və Qəzza zolağına daşınan girovların azad edilməsinə dair razılaşmanı yekunlaşdırmağa çalışırlar.

Bu barədə “Financial Times” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Verilən məlumata əsasən, razılaşmanın şərti İsrailin HƏMAS-ın girovları təhlükəsiz şəkildə azad etməsi və Qəzza zolağına humanitar yardımın çatdırılmasını təmin etmək üçün buranın bombalanmasının dayandırılmasıdır.

“Şənbə günü ümidverici görüşlər baş tutub və HƏMAS mülki girovları azad etməyə hazır görünür. Lakin Fələstin hərəkatı bombardman davam edərkən bunu edə bilməyəcəyini bildirir”, – deyə danışıqların gedişatından xəbərdar olan mənbə vurğulayıb.

O əlavə edib ki, onlar məhbusların təhlükəsiz şəkildə azad edilməsi üçün İsrailin Qəzzaya hücumlarını qısa müddətə dayandırmasını istəyirlər.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir