Dünya

Rusiyada toyuq əti qıtlığı yaranıb

Sharing is caring!


Rusiyada restoranlar toyuq əti qıtlığı ilə üzləşib.

Ölkənin Restorançılar və Hotelçilər Federasiyasının (FRiO) rəhbəri İqor Buxarov problemin olduğunu təsdiqləyib.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi isə qeyd edib ki, müvafiq müəssisələr ilk növbədə pərakəndə satış şəbəkələrinə toyuq əti verməklə əhalinin tələbatını ödəyir.

“Hazırda Rusiya bazarında toyuq ətinin bütün istehlakçıları çətin vəziyyətlə, o cümlədən onun çatışmazlığı ilə üzləşirlər və biz də istisna deyilik”, – yerli “KFC”nin Mətbuat Xidmətindən vurğulanıb.

FRiO prezidenti isə bildirib ki, çatışmazlıq bir neçə amillə, o cümlədən quşçuluq təsərrüfatlarında kadr çatışmazlığı ilə bağlıdır.

Mənbə: kommersant.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir