Dünya

Dünyanın ən məşhur muzeylərindən biri fəaliyyətini dayandırdı – VİDEO

Sharing is caring!


Fransanın ən böyük muzeylərindən biri olan Luvr bu gün bomba təhlükəsi xəbərindən sonra ziyarətçilər üçün bağlanıb.

Bu barədə polisdəki mənbədən bildirilib.

Məlumata görə, muzeyə gələnlər təcili təxliyə ediliblər, polis sarayı mühasirəyə alıb, araşdırma aparılır.

Muzeyin Mətbuat Xidmətindən bildirilib ki, işin dayandırılması muzeyi və onun ziyarətçilərini təhdid edən təhlükə barədə yazılı xəbərdarlığın alınması ilə əlaqədardır.

“Luvr ölkədəki mövcud vəziyyəti nəzərə alaraq muzeyin binasını boşaltmaq və lazımi yoxlamaların aparılması üçün bütün gün ərzində bağlanmaq qərarına gəlib”, – deyə məlumatda bildirilib.

Hazırda Fransada maksimum terror təhlükəsi səviyyəsi tətbiq edilib. Buna səbəb ölkənin şimalında yerləşən Arras kommunasında məktəb müəlliminin öldürülməsi və İsraildəki böhran fonunda təhlükənin artması olub. Ölkədə tətbiq edilən “Terror aktı təhlükəsi” səviyyəsi hazırkı “Vigipirate” antiterror planında nəzərdə tutulan üç səviyyədən maksimumudur. Tədbir olaraq respublikanın şəhərlərinin küçələrində asayişi qorumaq üçün yeddi min (həmişəkindən iki dəfə çox) hərbçi yerləşdiriləcək.

Mənbə: BFMTV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir