Dünya

İsrailə hücumun təşkilatçılarından olan “Nuhba” yaraqlılarının daha bir rəhbəri məhv edildi – VİDEO

Sharing is caring!


İsrail Müdafiə Ordusu (SAXAL) Fələstinin radikal HƏMAS hərəkatının “Nuhba” komandosunun daha bir rəhbərini – Əli Qadini məhv edib.

Bu barədə qurumun “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, o, Qəzza zolağı ilə sərhəddə yerləşən İsrail yaşayış məntəqələrinə hücuma rəhbərlik edib.

O da qeyd edilir ki, Əli Qadi 2005-ci ildə İsrail vətəndaşlarının oğurlanaraq öldürülməsindən sonra saxlanılıb. Lakin iki tərəf arasında məhbus mübadiləsi zamanı o, sərbəst buraxılıb. Həmin vaxt o israilli hərbçi Gilad Şalitlə dəyişdirilmişdi.

SAXAL bundan əvvəl HƏMAS-ın yüksək rütbəli üzvü Murad Əbu Muradın məhv edildiyini açıqlamışdı. O, oktyabrın 7-də “Nature Party” musiqi festivalına hücum zamanı Fələstin Hərbi Hava Qüvvələrinə rəhbərlik edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir